Zoopark təhlükəsizlik məqsədi ilə təxliyyə edildi

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Kolorado ştatında yerləşən Denvera heyvanat parkı təhlükəsizlik məqsədi ilə təxliyyə edilib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat müəssisə rəhbərliyinin “Twitter” səhifəsinə yerləşdirilib.

“Qonaqlarımızın, əməkdaşlarımızın və heyvanlarımızın təhlükəsizliyi bizim üçün əsasdır və biz lazımi ehtiyat tədbirləri görürük”, – deyə məlumatda bildirilir.

Hazırda zoopark bağlanıb, polis təhlükə barədə məlumatı araşdırır. Piyada və sürücülərdən əraziyə yaxınlaşmamaq xahiş olunub.

Paylaş