Oğuzda qarğıdalı və tütün sahələrində məhsul yığılır

Google+ Pinterest LinkedIn Tumblr +

Cari mövsümdə Oğuz rayonunda 227 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 31 hektar sahənin məhsulu yığılıb, 152 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 48,9 sentner təşkil edir.

Biosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.

Rayonda tütün yığımı da davam edir. Bu il oğuzlu fermerlər 250 hektar sahədə tütün yetişdiriblər. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 60 hektar artırılıb. İstehsalçılar bu günədək sahələrdən 1242 ton yaşıl tütün kütləsi yığıblar. Eyni zamanda, fermerlər indiyədək yetişdirdikləri tütün sortlarından 130 ton quru tütün istehsal ediblər.

Paylaş