İndoneziya sahillərində növbəti güclü zəlzələ

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Biosfer.az ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, dünən gecə qeydə alınmış yeraltı təkanların episentri Sumba adası rayonunda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1200-dən çox insan həlak olub, yüzlərlə ağır yaralı var. Ən azı 16 min yerli sakin evlərini tərk etməyə məcbur olub, minlərlə ev, mehmanxana, ticarət mərkəzi dağılıb.

Paylaş