İndoneziyada yenə zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün İndoneziyada 5,1 maqnitudada yeni zəlzələ baş verib.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidmətindən bildirilib.

Məlumata görə, yeraltı təkanların episentri, təxminən, 282 min əhalisi olan Palu şəhərindən 101 km şimal-qərbdə olub. Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 maqnituda gücündə zəlzələ baş verib, təxminən, son iki sutkada isə 170 təkrar təkan qeydə alınıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1200-dən çox insan ölüb, yüzlərlə adam ağır yaralanıb.

Paylaş