İcazəsiz ov edən Qətər və Azərbaycan vətəndaşları cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə növbəti reydlər keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Biosfer.az-a verilən məlumata görə, reydlər zamanı Biləsuvar rayonunun Platina, Saatlı rayonunun Muğan ərazilərində, Uludüz və Ağzıbir Ovçuluq təsərrüfatlarında icazəsiz ova cəhd edən Cəlilabad rayon sakinləri Səfər Əhədov, Çingiz Əliyev, Qətər vətəndaşı Mohammed Khalaf Kaabi, Şamaxı rayon sakini Şahin Məmmədov, Siyəzən rayon sakini Fərid Vəliyev və Sumqayıt şəhər sakini Emil Əliyev saxlanılıb. Onlardan 6 ov tüfəngi götürülüb.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Paylaş