Çayda batan fil balasını anası və xalası belə xilas etdi — VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +
Sosial şəbəkələrdə maraqlı bir video çarx yayımlanıb.

Biosfer.az ölkə.az-a istinadən xəbər verir ki, çayda batan fil balasını anası və xalaları xilas edib.

Hadisə Çinin Yunnan vilayətində baş verib. Fil sürüsü çayı keçəndə kiçik fil balasını su aparıb. Anası onun köməyinə çatıb. Sonra isə iki xalası da fil balasına kömək edib. Onlar uzun müddət fil balasına sudan çıxmağa kömək etməyə çalışıblar. Amma güclü axın onlara mane olub.

Bununla belə, dişi fillər yenidən cəhd ediblər və körpəni sahilə çıxara biliblər.

Alimlər bir müddət əvvəl bəyan etmişdilər ki, Asiya filləri stres və qorxu hisslərini bilirlər. Bu fillər arasında güclü sosial bağlar var. Məsələn, əgər qrup üzvü yaralıdırsa, digərləri ona kömək edərək ayağa qaldırırlar və getməyinə kömək edirlər.

 

Paylaş