Köpək balığı 13 yaşlı uşağı parçalamaq istədi

Google+ Pinterest LinkedIn Tumblr +

13 yaşlı yeniyentmə son anda köpək balığına yem olmaqdan xilas edildi.

Biosfer.az xəbər verir ki, hadisə Kaliforniyada qeydə alınıb. San-Dieqo sahilində suyun içərisində oynayan 13 yaşlı uşaq anidən köpək balığının hücumuna məruz qalıb. Ətrafda olan 3 balıqçının köməyi ilə uşaq son anda ölümdən xilas edilərək quruya çıxarılıb.

Köpək balığı oğlanın sol çiyin nahiyəsindən ağır xəsarət yetirib. Azyaşlı dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, yaşanan hadisə ilə əlaqədar olaraq yaxınlıqda yerləşən bütün çimərliklər iki gün müddətinə bağlanıb.

Paylaş