Oktyabrın ilk günlərində hava necə olacaq?

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda ölkə ərazisində hava şəraiti nisbətən mülayimdir, temperatur rejimi və digər parametrlər iqlim norması daxilində tərəddüd edir. Bu da meteohəssas insanlar üçün əlverişlidir. Oktyabrın ilk günlərində hava şəraitinin nisbətən sabit keçəcəyi proqnozlaşdırılır. Ayın birinci ongünlüyünün ortalarında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Tez-tez arabir güclənən cənub küləyi əsəcək, şimal küləyi ilə əvəzlənəcək. Hava şəraitində kəskin dəyişiklik olarsa, əvvəlcədən xəbərdarlıq ediləcək.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva məlumat verib.

Şöbə müdiri nazirliyin qarşısında bannerlərin yerləşdirildiyini və orada ETSN-in fəaliyyətini əks etdirən videoçarxlar, hava, mühüm hadisələr və xəbərdarlıqlar haqqında məlumatların yer aldığını deyib. Bununla yanaşı, gələcəkdə belə bannerlərin paytaxtın digər ərazilərində də yerləşdirilməsi nəzərdə tutulur. Burada əsas məqsəd hidrometeoroloji və ekoloji məlumatları əhaliyə daha cəlbedici formada çatdırmaqdır.

Paylaş