Kürdəmirdə icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Pirili kənd sakini Şakir Hüseynov olduğu məlum olub. Faktla bağlı Ş.Hüseynov barəsində protokol tərtib olunub və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Paylaş