Lənkəranda zərərvericilər kələm sahəsinə yayıldı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Lənkəran rayonunun Bolədi, Xlmoli, Girdəni, Veravul, Vilvan, Separədi kəndlərində 10 hektar sahədə kələm sovkası ilə sirayətlənib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Biosfer.az-a verilən məlumata görə, Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri ümumilikdə 32 hektar sahədə müşahidə aparıb.

Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat subyektləri tərəfindən 6 hektar sahədə kimyəvi mübarizə tədbirləri başlayıb. Mübarizə zamanı Supermetrin tərkibli Arivo (200 qr/1 ha) və Primfos-metil tərkibli Aktellik-K (500 qr/1 ha) preparatlarından istifadə olunub.

Kələm sovkası bütün MDB ölkələrində, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma şəhərlərində yayılaraq əkin sahələrinə kütləvi zərər vurub. Azərbaycanda, əsasən də düzən, dağətəyi və dağlıq zonalarında 520 növ sovka yayılıb ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Quba-Xaçmaz bölgəsində mövcud olan 18 növ zərərli sovkanın 6 növü xaççiçəkli bitkilərə zərər verir.

Paylaş