İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb

Google+ Pinterest LinkedIn Tumblr +

İran və Ermənistanın energetika qurumları Araz çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisi üzrə işçi qrupu yaradıb.

Biosfer.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Qaregin Baqramyan bildirib.

Bildirilib ki, iki ölkə Araz çayı üzərində SES-in tikintisi məsələsini hələ 2006-cı ildə müzakirə etməyə başlayıb. Bununla bağlı 2011-ci ildə memorandum imzalanıb. İran neftinə Avropa İttifaqı sanksiya tətbiq etdikdən sonra bu layihənin reallaşması dayanmışdı.

Paylaş