Biləsuvarda qanunsuz ov edən şəxslər cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Biləsuvar rayonunda qanunsuz ov edən şəxslər cərimələniblər.

Bu barədə Biosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi, Biləsuvar rayon Polis şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə Cəlilabad rayon sakinləri Səfər Əhmədovdan “Cifsan” və Çingiz Əliyevdən “TOZ-63” markalı müvafiq sənədləri olan ov tüfəngləri və 12 ədəd patron götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Paylaş