Hindistanda leysan yağışlar 11 nəfərin həyatına son qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanda yağan leysan yağışlar nəticəsində ən azı 11 nəfər ölüb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, leysan yağışlar və onların törətdiyi torpaq sürüşmələri nəticəsində bir neçə nəfər xəsarət alıb. Yağışlar əsasən ölkənin şimal ştatlarına (Cammu, Kaşmir, Pencab, Himaçal-Pradeş və Haryana) ziyan vurub.

Pencab ştatında qırmızı təhlükə səviyyəsi elan olunub, Cammu, Kaşmir və Himaçal-Pradeşin əksər hissəsində məktəblər bağlanıb.

Rəsmi statistikaya görə cari ildə sel nəticəsində 100 nəfərdən çox olən var.

Paylaş