İcazəsiz ov edən şəxs cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Sentyabrın 21-də Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a verilən xəbərə görə, araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayonunun Xırmandalı kənd sakini Elçin Əhədov olduğu müəyyənləşib. Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimələnib. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.

Paylaş