Mer 3 metrlik alliqatoru öldürdü – NƏNƏNİN QİSASI

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Texas ştatının yaşlı sakini itmiş poni atına görə alliqatordan qisas almaq qərarına gəlib.

Biosfer.az ölkə.az-a istinadən xəbər verir ki, yaşlı qadın 3 metrlik timsahı güllələyib. Cud Kokxran bildirib ki, 3 il əvvəl fermasından poni atı yoxa çıxıb. Heyvanın qalıqları tapılmayıb. Amma qadın gərara gəlib ki, onun sevimli ponisini aliqqator yeyib.

Cud üç il ərzində ferma ətrafında alliqatoru güdüb. Amma onların hamısı kiçik ölçüdə olub və ehtimal edilən “qatil” üzə çıxmayıb. Bu həftə isə qadın 3 metrdən də böyük bir alliqator görüb. O, tələ qurub və tələyə düşən heyvanı bir güllə ilə öldürüb. Kokxran jurnalistlərə bildirib ki, “nənə ilə zarafat etmək olmaz”.
Alliqatorun əti yeməyə, dərisi isə ayaqqabıya gedəcək. Onun başından isə suvenir hazırlanacaq. Kokxran may ayında Livinqston şəhərinin meri seçilib.

Paylaş