“Qərbi Nil” qızdırması 27 nəfərin həyatına son qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

Yunanıstanda yayılmış “Qərbi Nil” qızdırması nəticəsində artıq 27 nəfər dünyasını dəyişib

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət və profilaktikası Milli Mərkəzindən bildiriblər.

Məlumata görə, 183 xəstədə virus nəticəsində mərkəzi əsəb sisteminin pozulması halı müşahidə edilib. Avqustun 23-ə olan məlumata görə, 103 yoluxma halı olub ki, bunun da 11-i ölümlə nəticələnib.

Qeyd edək ki, ilk dəfə bu virus Yunanıstanda 2010-cu ildə tapılıb. 2010-2014-cü illərdə “Qərbi Nil” qızdırmasından Yunanıstanda 80 nəfər ölüb.

Qızdırma ağcaqanadlarla yayılır.

Paylaş