Bitkilərin tərkibində əsəb sisteminin analoqu aşkar olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Bitkilər təhlükə haqqında məlumatı ötürməyə qadirdirlər. Onlar bunu heyvanların əsəb sistemini xatırladan xüsusi sistem vasitəsilə edə bilirlər.

Biosfer.az xəbə verir ki, bu barədə Science jurnalında ABŞ və Yaponiya alimlərinin birgə tədqiqatlarının nəticələrinin nəşr olunduğu məlumatda bildirilir.

Mütəxəssislər bir yarpağa zərər dəydikdə, ağacın budağının və digər yarpaqların bu barədə məlumat aldığı qənaətinə gəliblər. Onlara bunu öyrənməyə bitkilərin tərkibindəki kalsi və bu maddənin miqdarında baş verən dəyişikliklər kömək edib. Belə ki, laboratoriyada quraşdırılan xüsusi molekulyar sensor cihazı vasitəsilə bitkilərin tərkibindəki kalsinin ümumi miqdarına cavab verən maddə tapmaq mümkün olub.

Tədqiqatlar zamanı mütəxəssislər şəraitdən asılı olaraq bitkilərin tərkibində kalsinin miqdarının artıb-azaldığını müşahidə ediblər. Alimlərin fikrincə bu dəyişikliklər təhlükə haqqında məlumatı bir neyrondan digərinə ötürən cərəyan səbəbindən baş verir.

Paylaş