ABŞ-da “Florens” qasırğası nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb.
Biosfer.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü bildirilib.
Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri “Florens” qasırğasının təsirinə məruz qalıb.