Fici sahillərində 7 maqnitudaya yaxın zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Sakit okeanın Fici respublikası sahillərində 6,5 maqnituda gücündə zəlzələ baş verib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətin ocağı ölkənin paytaxtı Suvadan 810 km məsafədə və 570 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Paylaş