ABŞ-ın Şərq sahillərinə çatan “Florens” qasırğası nəticəsində azı 4 nəfər həyatını itirib.
Biosfer.az yerli mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Şimali Karolinanın Uilminqton şəhərində ana və körpəsi ilə yanaşı, Hampsted şəhərində qadın və kişi həyatını itirib.
Bildirilir ki, qadın və uşaq ağacın onların evi üzərinə aşması nəticəsində həlak olublar. Digər qadın ürək tutmasından keçinib. Çünki həkimlər yola ağacın aşması nəticəsində onun köməyinə gələ bilməyiblər. Kişi isə qasırğa nəticəsində evdə işıqlar kəsildikdən sonra, elektrik enerjisi verilişini bərpa etmək istəyən zaman cərəyan vurmasından dünyasını dəyişib.