Dünyanın ən çirkli çayı – Yanqtse

Google+ Pinterest LinkedIn Tumblr +

Asiyanın ən uzun çayı olan Yanqtse hər il 1,5 milyon plastik tullantılarla birlikdə dənizə tökülür.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, ətraf mühitə mənfi təsir göstərən tullantıları daşıyan Yanqtse çayı böyük şəhərlərdən, o cümlədən Şanxaydan keçərək Şərqi Çin dənizi ilə birləşir.

Nil və Amazondan sonra dünyanın ən uzun üçüncü çayı olan Yanqtse daşıdığı tullantıların miqdarına görə dünyanın ən çirkli çayları arasında ilk sırada gəlir.

Könüllülər çayı təmizləmək üçün kampaniyaya başlayıb. Bundan başqa, tələbələr də çayın kənarlarına atılan tullantıları təmizləyərək kampaniyaya dəstək verir.

Səriyyə

Paylaş