Yaponiyada ölüm-qalım mübarizəsi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyada son 25 ilin ən güclü qasırğası baş verir.

Biosfer.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Jebi qasırğasının gücü saatda 172 kilometrə çatır.

Məlumata görə, Jebi qasırğası zamanı 11 nəfər ölüb, 400 nəfər yaralanıb. Ölkənin baş naziri bildirib ki, təbii fəlakətin meydana çıxardığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

Kyodo agentliyinin məlumatına görə, təbii fəlakət səbəbindən bağlanan Kansai hava limanı ilə Osaka dəniz limanı arasındakı körpüyə tanker çırpıldığı üçün 5 mindən artıq adam 18 saat elektriksiz qalıb.

Paylaş