Nigeriyada 10 nəfər daşqınların qurbanı oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Nigeriyanın Kebbi ştatında 10 nəfər daşqınların qurbanı olub.

Biosfer.az xəbər verir ki, daşqınlar çərşənbə günü ştatın iki rayonunda baş verib. Ştatın qubernatorunun mətbuat katibi Əbubəkir Dakinqarinin sözlərinə görə, fasiləsiz yağan yağışların səbəb olduğu daşqınlar 1 əsgərin və 9 nəfərin ölümünə səbəb olub. Əsgərin bir qadını güclü su axınından xilas etdiyi zaman öldüyü bildirilir.

Paylaş