Yaponiyada güclü zəlzələ: ölənlər və itkin düşənlər var – YENİLƏNDİ

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ zamanı ölənlərin sayı 2 nəfərə çatıb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təbii hadisə zamanı xəsarət alanların sayı 125 nəfərə çatıb. Bundan əlavə, zəlzələ zamanı 39 nəfər itkin düşüb.

Çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə olub.

***

Yaponiyada güclü zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 6,7 bal təşkil edib.

Zəlzələnin episentri Hokkaydo adasında Sapporo şəhərindən 66,9 kilometr aralıqda 39 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntı haqqında məlumat verilmir.

Paylaş