Nazirlik İsmayıllıda gil çıxaran şirkətlə bağlı Baş Prokurorluğa müraciət etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.

Bu barədə Biosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 m3 həcmində gilin çıxarıldığı məlum olub. Faktla bağlı “Raqib-FK” MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Paylaş