Yaponiyada tayfun qasırğası: 3 nəfər öldü – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyada “Cebi” tayfunu səbəbindən üç nəfər ölüb, təxminən, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli mətbuat ölənlərlə bağlı məlumatların Osaka şəhərindən gəldiyini bildirib. Orada 110-dan çox insanın yaralandığı da gələn xəbərlər sırasındadır.

Vakayama prefekturasında 15, Kiotoda azı 11, Narada 5, Hyoqoda 9 nəfər yaralanıb. Osakada avtomobil hərracının dayanacağında yanğın çıxıb və təxminən, 100 avtomobil yanıb.

Paylaş