Turist antilopu xilas etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Cənubi Afrika Respublikasının Krüqer Milli Parkında turist impalanı (antilopu) su və palçıqla dolu çuxurdan çıxarıb. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Biosfer.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, öz sürüsü ilə birgə qaçan impala qəfildən su və palçıqla dolu çuxura düşüb. Köməksiz heyvan xilas olmağa cəhd göstərib. Avtomobildə əyləşən turist onun ayağa qalxa bilmədiyini və hər dəfə buna çalışdıqda yıxıldığını görüb. Avtomobildən düşən turist ayaqqabısını və corabını çıxararaq çuxura yaxınlaşıb və heyvanın buynuzundan tutaraq onu oradan çıxarıb.

Paylaş