“Cebi” qasırğasına görə Yaponiyada 600-dək aviareys ləğv edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın 13 aviaşirkəti güclü “Cebi” qasırğasının yaxınlaşması ilə əlaqədar olaraq ölkənin mərkəzi və cənub-qərb hissəsi istiqamətlərində 589 aviareysi ləğv etdiyini bildirib.

Biosfer.az RİA Novosti agentliyinə istinadla xəbər ki, aviadaşıyıcılar Kansay bölgəsinin Osaka, Kobe kimi şəhərlərinə reysləri ləğv etmək məcburiyyətində qalıblar. Həmçinin ölkənin “West Japan” dəmir yolu şirkəti Osaka, Xirosima, habelə Honşu adasını Sikoku ilə birləşdirən yerlərə sürət və ekspress qatarlarını göndərməyi dayandırıb. Kanaqava və Tiba prefekturaları arasında bərə hərəkəti ləğv edilib.

Hazırda qasırğa Yaponiyaya cənub-şərqdən yaxınlaşır və şimala doğru irəliləyir. Qasırğanın mərkəzində təzyiq 945 hektopaskaldır. Küləyin gücü əsasən saniyədə 45 metrdir, arabir saniyədə 60 metrə çatır. Meteoroloqlar “Cebi”ni bu il ərzində ən güclü qasırğa hesab edirlər.

Paylaş