Fermerin suvarma üsulu görənləri heyran etdi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Çində bir əkinçi tarla suvarmaq üçün maraqlı üsula əl atıb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, əkinçi rezin boruları şarlara bağlayıb yüzlərlə hektar zəmini bir dəfəyə sulayıb.

Fermer əvvəlcə suyu və nasosu yeriyən bir vasitənin üzərinə yerləşdirib. Sonra da rezin boruları böyük şarlarla bağlayıb zəminin üzərində havaya qalxmasını təmin edib.

Hər şeyi hazırladıqdan sonra su nasosunu işə salıb. İri plantasiya bir dəfəyə suvarılıb.

Çinli fermerin bu suvarma üsulu sosial mediada böyük maraq görüb.

Paylaş