Bu kəndin fotolarının çəkilməsi qadağan edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyanın ən gözəl ölkələrindən biri hesab edilən İsveçrənin kəndlərinin birində turistlərə foto çəkmək qadağan edilib.

Biosfer.az seyahetchi.com-a istinadən xəbər verir ki, söhbət təbiət gözəllikləri ilə insanı heyran edən Berqyün kəndindən gedir. Kənd administrasiyası bura gələnlərə yaşayış məntəqəsinin fotolarını çəkməyi qadağan edib. Səbəb buraların olduqca gözəl olmasıdır.

Ölkənin şərqində, hündür dağlı ərazidə yerləşən kəndin rəhbərləri bu qadağanı səsverməyə də çıxarıblar.

“Elmi cəhətdən sübut edilib ki, tətildən olan və sosial şəbəkələrə yerləşdirilən gözəl fotolar onlara baxan insanları bədbinləşdirir. Çünki bu yerləri hamı gedib, görə bilmir”, – turizm ofisinin açıqlamasında deyilir.

Yaşayış məntəqəsinin meri Piter Nikolay gözəllikləri öz gözləri ilə görmək üçün turistləri Berqyüna səyahət etməyə dəvət edib.

Artıq turizm üzrə kənd ofisi də fotoları sayt və sosial şəbəkələrdəki səhifələrindən silib. Bundan sonra kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.

Paylaş