Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi azalıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara çaylarında 50-140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a verilən xəbərə əsasən, avqustun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 94 kubmetr olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 79 kubmetr təşkil etməklə ongünlük normanın 65 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dörd santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 95 kubmetr olmaqla ongünlük normanın 138 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 10,5 kubmetr təşkil edərək ongünlük normanın 15 faizinə bərabər olub.

Avqustun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 5, Surrada 11, Araz çayının Novruzlu məntəqəsində 12 santimetr artım qeydə alınıb. Lakin Salyan məntəqəsində suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 (2017-ci il avqustun 27-də 351 sm), Şirvanda 195 (2017-ci il avqustun 27-də 211 sm), Salyanda 121 (2017-ci il avqustun 27-də 146 sm), Bankədə 181 (2017-ci il avqustun 27-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 55 santimetrə (2017-ci il avqustun 27-də 55 sm) bərabərdir.

Paylaş