Müvəqqəti çimərlik qadağası

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Mumbay şəhərinin çimərliklərində molyusk sancması nəticəsində azı 150 nəfər yanıq zədəsi alıb.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, son həftələrdə Mumbay çimərliklərində fizaliya molyusklarının xeyli artdığı deyilir.

Özü hərəkət edə bilməyən bu molyusklar musson mövsümündə axınla sahilə gəlir.

Fizaliya sancması insan üçün ölümcül təhlükə olmasa da, onlardan alınan yanıq zədələri bir neçə saat bərk ağrılara səbəb olur.

Bölgə rəhbərliyi sakinləri bir müddət çimərliklərdən uzaq durmağa çağırıb.

Paylaş