Çaylarda suyun səviyyəsi açıqlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-190, Naxçıvan Muxtar Respublikasında isə 5 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a verilən xəbərə görə, avqustun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetr olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 75 kubmetr təşkil etməklə ongünlük normanın 61 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetr olmaqla ongünlük normanın 162 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11 kubmetr təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Avqustun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqəsində 2, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım, Surra məntəqəsində isə 4 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 (2017-ci il avqustun 24-də 356 sm), Şirvanda 199 (2017-ci il avqustun 24-də 207 sm), Salyanda 121 (2017-ci il avqustun 24-də 142 sm), Bankədə 172 (2017-ci il avqustun 24-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 santimetr (2017-ci il avqustun 24-də 60 sm) təşkil edir.

Paylaş