Venesuelanın şimalında yerləşən Sukre ştatında 7,3 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar Karupano şəhərindən 32 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.