Vyetnamda “Bebinca” tayfunu səbəbindən güclü daşqınlar baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbır verir ki, daşqınlar nəticəsində 8 nəfər həlak olub, 2 nəfər isə itkin düşmüş sayılır. 10 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, “Bebinca” tayfunu bu il Cənub Çin dənizində yaranan 4-cü tayfundur.