Kosta-Rika sahillərində zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Kosta-Rika sahillərində gücü 6.0 bal təşkil edən zəlzələ baş verib.

Biosfer.az xarici mətbuata istinadla xəbər verir ki, zəlzələnin episentri paytaxt San-Xosedən 165 km cənub şərqdə, Panamanın David şəhərindən 96 km qərbdə və Kosta-Rikanın Qolfito şəhərindən 12 km qərbdə yerləşib. Zəlzələnin ocağı isə 40 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Paylaş