VƏHŞİLİK: Pişiyin ayaqlarını kəsdilər – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin Bursa şəhərində meşəlik əraziyə gedən vətəndaşlar gecə saatlarında bala pişiyin dörd ayağının da kəsilərək öldürüldüyünü görüb.

Biosfer.az “Haberler.com”a istinadən xəbər verir ki, pişiyin fotolarını çəkən vətəndaşlar bir gün sonra vəziyyəti Nilufer Bələdiyyəsi Baytarlıq işləri müdürlüyünə bildirib. Bələdiyyə işçiləri xəbərdarlıqdan sonra hadisə yerinə gedərək meşəlik ərazidə təmizlik işçiləri ilə görüşüb və pişiyin cəsədini tapa bilməyiblər.

Ərazidəki pişik və itləri günorta saatlarında hər gün bəslədiyini deyən Aygün Akşan küçə heyvanlarına yönəlmiş şiddətə son verilməsi üçün vəzifəlilərə səslənib.

Paylaş