Dünyanın ən gözəl kanat yolları – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Hündürlük, uzunluq və təhlükə – bu kanat yolları tez tez insanları sürətlə insan yaşamayan sahələr və mənzərəli şəhər sistemlərinin üzərinə qaldırmaqda rekordlar vururlar.

Biosfer.az xəbər verir ki, Britaniyanın “The Guardian” nəşri dünyanın 10 ən yaxşı kanat yollarının sihyahısını tərtib edib.

Dünyanın ən hündür və uzunluğuna görə ikinci kanat yolu olan Merida bu il Venesuelada yenidən istifadəyə verilb. Mühəndislərin bu dahi əsəri olan Merida 1960-cı ildə inşa edilmişdir və sərnişinlərini Meridadan 12,5 km məsafədə və yerdən 4,756 metr hündürlükdə yerləşən Espejo Peak-ə aparır. Merida 2008-ci ildə modernləşdirilmə məqsədilə bağlanmışdı.

Digər bir səma gediş vasitəsi olan Kanadanın Pacific Coast Ranges kanat yolu sərnişinlərinə Whistler and Blackcomb dağları arasından keçməklə 360 dərəcəli görüntü təqdim edir.

İsveçrədəki Cabro kanat yolu sərnişinlərinə gəzintiyə iki cür çıxmağı təqdim edir.

Boliviyada 2014-cü ildə inşa edilmiş La Paz kanat yolu tıxac problemlərinin həllində önəmli vasitədir. La Pazdan başlayan gəzinti ən ali yüksəklik olan El Altoya (4150 metr) qədər davam edərək sərnişinlərə şəhərin möhtəşəm mənzərəsini və And dağlarını göstərir.

Çinin Hunan əyalətindəki Tianmen dağının aralarında çəkilmiş bu kanat yolu insanlara öz qorxularını yoxlamaq üçün yaxşı imkan yaradır. Gəzinti 30 dəqiqə çəkir.

Malayziyanın gur tropik meşələri üzərindən keçən Genting hava yolu cənub-şərqi Asiyanın ən uzun kanat yoludur. Xidmətə 1997-ci ildə başlamış Genting 3,38 km uzunluqdadır və gəzinti 11 dəqiqə çəkir.

Xarkov Qirkiy Parkının kanat yolu Sovet dövründə inşa edilib və dünyadakı digər nümunələrinə nisbətən birdəfəyə daha az sərnişin daşımaq qabiliyyətinə malikdir. Yol boyu gəzinti 20 dəqiqə davam edir. Kanat müxtəlif yerlərdə 8-26 m hündürlükdə olur.

1963-cü ildə ABŞ-da inşa edilən Palm Springs Aerial Tramway kanat xətti zamanının mühəndis işlərinin ən yaxşılarından hesab edilirdi. Kanat sərnişinləri Chino kanyonunun sıldırım qayalarından San Hasinto dövlət parkının təbii dağına 54 kilometr uzunluğunda olan yolla aparır.

Rio de Janeyrodakı Sugarloaf dağı üzərində qurulan kanat yolu da dünyada özünəməxsusluğu ilə seçilir. Kanat ilk dəfə 1912-ci ildə istifadəyə verilməsindən indiyədək 37 milyon insana xidmət göstərib.

Картинки по запросу Ngong Ping 360

Ngong Ping 360 kanat yolu sərnişinlərini Honkonqun Lantau zirvəsindən 5.7 km uzaqlıqdakı Ngong Pingə aparır. kanat açıldığı vaxtdan 14,7 milyon insana xidmət göstərib. (İslaminsesi)

Paylaş