Hindistanda daşqınlar: 100-ə yaxın ölü

Google+ Pinterest LinkedIn Tumblr +

Avqustun 8-dən 16-dək olan dövrdə Hindistanın Kerala ştatında daşqınlar nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daşqınlar nəqliyyat və təhsil müəssisələrinin işini iflic edib.

Kerala ştatı ötən həftənin ortalarından musson yağışlarının mərkəzinə çevrilib. Təbii fəlakət daşqın, sel və sürüşmələrə səbəb olub, hətta bütöv rayonlar su altında qalıb.

Cari ildə region təqribən son 100 ilin ən dağıdıcı musson yağışları ilə üzləşib.

Paylaş