Azərbaycanda yeni kanat yolu çəkilir

Google+ Pinterest LinkedIn Tumblr +

Naftalan şəhərində 1,7 kilometrlik kanat yolu çəkiləcək.

Biosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib.

Onun özlərinə görə, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.

Ülfət Əliyev qeyd edib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq.

Qeyd edək ki, Azərbaycandan ən uzun kanat xətti Qəbələdədir. Bu xəttin uzunluğu 5,8 kilometrdir.

Şahdağdakı kanat xəttinin uzunluğu piyadalar üçün 1435 metr, Zirvədən Şahdağa qalxmaq üçün 984 metr, əyləncə xətti 684 metrdir.

Quba kanat xəttinin uzunluğu 556 metrdir. Bu ilin iyul ayında bu xətdə təmir işləri aparılan zaman təmir işinə cəlb edilən bir nəfər ölmüş, iki nəfər yaralanmışdı.

Hazırda xətt təmirdədir.

Paylaş