İspaniyada 30 nəfər istinin qurbanı oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniyada son bir neçə həftə ərzində şiddətli istilər nəticəsində 30 nəfər ölüb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə Kataloniya regionunda 23 nəfər istinin qurbanı olub.

Qeyd olunur ki, İspaniyada şiddətli istilər iyulun 24-dən davam edir. Ən yüksək temperatur isə avqustun 2-dən 7-dək qeydə alınıb. Bu müddət ərzində bəzi bölgələrdə temperatur 44-46 dərəcəyədək çatıb.

Ölənlər arasında ən gəncin 41, ən yaşlının 100 yaşı olub.

67 nəfər istivurmaya məruz qalıb.

Paylaş