Şiddətli istilər 48 nəfəri öldürdü

Google+ Pinterest LinkedIn Tumblr +

Cənubi Koreyada 25 gündür ki, davam edən şiddətli istilər nəticəsində 48 nəfər ölüb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Honçhon əyalətində temperatur 41 dərəcəyədək qalxıb. Bu, ölkə tarixində qeydə alınan ən yüksək temperatur olub. Ümumilikdə istidən 4,1 min nəfərin əziyyət çəkdiyi məlumat verilib.

Paytaxt Seulun özündə 600-ə yaxın adam şiddətli istilərlə əlaqədar xəstəxanalara müraciət edib.

Paylaş