Nil daşdı, qayiq çevrildi: ölən var

Google+ Pinterest LinkedIn Tumblr +

Avqustun 15-də səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində qayıq qəzası nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

Biosfer.az xarici mətbuata istinadla xəbər verir ki, insident Misirlə sərhəddə yerləşən Nil əyalətində baş verib. Faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib.

Qəza zamanı katerdə 40 məktəblinin olduğu bildirilir.

Paylaş