Dünyanın ən böyük meqapolislərindən biri batır – HƏYƏCAN TƏBİLİ

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyanın ən böyük meqapolislərindən olan Cakarta şəhəri yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. İndoneziyanın paytaxtında 10 milyondan çox əhali yaşayır. Tədqiqatçıların fikrincə, ciddi tədbirlər görülməsə, yaxın 10 ildə bu şəhər tamamilə suyun altında qala bilər.

Biosfer.az “BBC”-yə istinadən xəbər verir ki, Cakarta faktiki olaraq, yer üzündən silinməyə doğru gedir. Hesablamalara görə, 2050-ci ilə qədər şəhərin 95 faizi su altında qalacaq. Bu qənaətə Bandunq texnoloji institutunun mütəxəssisi Heri Andreas gəlib.

Hazırda Cakartanın şimal hissəsində suyun səviyyəsi hər il 25 sm qalxır. Son 10 ildə suyun səviyyəsinin 2,5 metr qalxması Cakartanın batması anlamına gəlir. Praktiki olaraq şəhərin yarısı dəniz səviyyəsindən aşağıda qalıb.

Tarixən liman şəhəri olan Cakartanın sahil ərazisində 2 milyona yaxın insan yaşayır. Burada yaşayan əhalinin böyük hissəsi demək olar hər il evlərini təmir etmək məcburiyyətində qalır. Şəhərin qərb və şərq hissələrində də vəziyyət ürəkaçan deyil. Qərbdə 15, şərqdə isə 10 sm həddində torpaq çökməsi müşahidə edilir.

Səriyyə

Paylaş