“Qırmızı Kitab”a düşən vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Heyvanlar aləmi haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçiriblər.

Bu barədə Biosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan Qara çalağan quşu aşkar edilib.

Faktla bağlı E.Babayev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Qara çalağan quşu götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Paylaş