Biləsuvarda güclü külək fəsadlar törətdi

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Biləsuvar rayonunda fəsadlar törədib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, elektrik naqillərinin qırılması nəticəsində Ağalıkənd, Amankənd, Dövrüşlü və Ovçubərə də daxil olmaqla 6 kəndə enerji verilişi tam dayanıb, bəzi ərazilərə isə fasilələrlə verilib.

Bildirilir ki, fəsadların aradan qaldırılmasından sonra həmin ərazilərə enerji verilişi bərpa olunub.

Hazırda rayonda küləkli hava şəraiti davam edir.

Paylaş