Fransada daşqınlar: turistlər helikopterlərlə təxliyə edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Fransanın cənubunda daşqınlar səbəbindən 1600 insan təxliyə edilib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, kempinqlərdə olan 750-yə yaxın turist helikopterlər vasitəsi ilə daha təhlükəsiz yerlərə təxliyə edilib. Daşqınlar nəticəsində 1 nəfər almaniyalı turist itkin düşüb.

Fransanın daxili işlər nazirliyinin açıqlamasına görə, daşqınlar ölkənin 6 rayonunda baş verib. Ən güclü daşqınlar Qar, Ardeş və Drom departamentlərində qeydə alınıb. Hadisə yerlərində xilasedici xidmətlər işləyir.

Paylaş