Şəki sakini ilan sancmasından öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Şəki rayonun Cumakənd kəndinin sakini, 1955-ci il təvəllüdlü Məhəmməd Loğmanov özünə məxsus sahədə işləyərkən qəflətən ilan onun sol baldır nahiyyəsindən sancıb.

Biosfer.az-ın məlumatına görə, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Loğmanova ilkin tibbi yardım göstərilib, ayağında kəskin şişkinlik müşahidə edildiyindən Bakıya, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə göndərilib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun həmyerlilərinin sözlərinə görə, həmin vaxt rayonun apteklərində zərdab tapılmadığına görə Loğmanova keyfiyyətli ilkin tibbi yardım göstərmək mümkün olmayıb. Onların sözlərinə əsasən, sözügedən bölgədəki apteklərdə zərdab problemi yaşanır.

Qeyd edək ki, bu il havaların quraq keçməsi ilə əlaqədar olaraq zəhərli böcəklər və ilanlar tərəfindən sancmaların sayı artıb.

 

Paylaş