İmişlidə 8 yaşlı uşağı ilan sancdı

Google+ Pinterest LinkedIn Tumblr +

İmişli rayonunda 8 yaşlı uşağı ilan sancıb.

Biosfer.az xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Səma Əlizadə yaşadığı evin həyətindəki ayaqyoluna gedərkən qəflətən ilan onun ayaq nahiyəsindən sancıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. (report)

Paylaş