Turizm zonasında FACİƏ: 9 ölü

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyədə faicə nəticəsində 9 nəfər miqrant həlak olub.

Biosfer.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Quşadasında qeyri-qanuni yollarla Yunan adalarına getməyə çalışan qaçaq miqrantların olduğu qayığın partlaması nəticəsində 7-si uşaq olmaqla 9 nəfər həlak olub. 4 nəfər isə xilas edilib.

Məlumata görə, hadisə yerli vaxtla saat 03.25 radələrində baş verib. Əraziyə gələn Sahil Təhlükəsizlik Xildmətinin dəstələri 4 nəfəri xilas edib, 9 nəfərin cəsədini sudan çıxarıb. Xilas edilən miqrantların sözlərinə görə, onların arasında itən yoxdur. Batan qayıqdakı 13 nəfərdən 12–sinin İraq, 1-nin isə Suriya vətəndaşı olduğu bildirilir. Faciədə həyatını itirən 9 nəfərin hamısı iraqlıdır.

Paylaş